"ABŞ seçim etməlidir – ya Türkiyə, ya da..." - Çavuşoğlu | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


"ABŞ seçim etməlidir – ya Türkiyə, ya da..." - Çavuşoğlu

Dünya A- A A+

ABŞ regionda öz müttəfiqlərini müəyyənləşdirməli, Türkiyə ilə PYD və YPG terrorçuları arasında seçim etməlidir.

Eurasia Dairy Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlar PYD və YPG-nin Türkiyənin təhlükəsizliyinə real təhdid daşıyan PKK-nın Suriya qanadı olan terror təşkilatları olduğunu anlamalıdır:

"PKK ABŞ-da olduğu kimi, Avropa İttifaqı ölkələrində də terror təşkilatı kimi tanınıb. Birləşmiş Ştatlar bunu nəzərə almalıdır".

Xatırladaq ki, bundan əvvəl sabiq Baş nazir Binəli Yıldırım Türkiyə və ABŞ-ın PYD və YPG bölmələrinin 90 gün ərzində Suriyanın Mənbic şəhərindən çıxmasını nəzərdə tutan saziş imzaladığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...