ABŞ İncirlik bazası ilə bağlı qərarını verdi | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə axşamı


ABŞ İncirlik bazası ilə bağlı qərarını verdi

Dünya A- A A+

ABŞ İncirlik aviabazasındakı hərbi mövcudluğunu sonlandırmağı düşünmür.

Eurasia Diary xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Paxon deyib.

“ABŞ Türkiyədəki mövcudluğundan imtina etmir. ABŞ onilliklər ərzində İncirlik bazasından istifadə edib və bundan NATO-dakı müttəfiqi Türkiyəni qorumaq üçün istifadə etməyə davam edəcək. Türkiyə NATO üzrə müttəfiqimiz və İŞİD-lə mübarizə koalisiyasında etibarlı tərəfdaşımızdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Yunanıstan mətbuatı ABŞ-ın İncirlik bazasını tərk edəcəyini və Yunanıstanda yeni baza yaradacağı haqqında məlumat yaymışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...