ABŞ ordusu Suriyaya müdaxilə etsə bu onun sonu olacaq - Amerikalı mütəxəssis | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


ABŞ ordusu Suriyaya müdaxilə etsə bu onun sonu olacaq - Amerikalı mütəxəssis

Dünya A- A A+

ABŞ-ın Suriyaya hərbi müdaxiləsi ABŞ-ın hegemonluğunun sona çatmasına səbəb ola bilər.

ABŞ ordusunun psixoloji müharibə zabiti Skot Bennet Cümə günü “Press TV”-yə bildirib ki, “ABŞ prezidenti Donald Tramp Suriyanı işğal etməməsi, döyüşə getməməsi üçün qərar qəbul etməlidir, çünki bu onun prezidentliyin sonu olacaq və bu, Amerika Birləşmiş Ştatlarının da sonu ola bilər”.

“Əgər amerikalılar Suriya ilə münaqişəyə girərlərsə, bu, Rusiya, İran və Çinlə münaqişəyə səbəb olacaq və Aralıq dənizindəki hər bir hərbi gəmisinin və hər bir qeyri-qanuni olaraq Suriya torpaqlarında dayanan əsgərinin məhvi ilə nəticələnəcək”

Digər üç gücün də ABŞ prezidentini xəbərdar etməsi gözlənilir: "Bizi sınamayın, çünki bu dünya başqa bir Liviyaya, İraqa və başqa bir Əfqanıstana dayana bilməz və Suriyanın məhvinə icazə verməyəcəyik", - deyə söyləyib.

Amerikalılar müharibə istəmirlər, amma prezident Trampı Suriyada baş verən həqiqətlər barədə "çox zəif kəşfiyyat" ilə təmin edən bəzi "sionist lunatiklər" var, - deyə analitik qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...