Rusiya 2008-cil maliyyə böhranından ən çox öyrənən ölkədir | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


Rusiya 2008-cil maliyyə böhranından ən çox öyrənən ölkədir

Dünya A- A A+

Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyə böhranından on il sonrakı müddət ərzində Rusiya iqtisadiyyatını qlobal böhranlardan qorumaq üçün lazımi addımlar atan az sayda ölkələrdən biri hesab edir.

2008-ci ilin maliyyə böhranı dünyanın əksər ölkələrinin iqtisadiyyatını illərcə xaos halında saxladı və ölkələrin tənzimləyici sistemini böhranın nəticələrinə qarşı mübarizə aparmağa məcbur etdi.

AYİB-in baş iqtisadçısı Sergey Quriyevin sözlərinə görə, Rusiya zərərlərin ödənilməsi baxımından nümunə sayılan ölkədir. Analitik, milli valyutanın üzən məzənnəyə keçirilməsi, daha sərt bank tənzimləməsinin tətbiq edilməsi, eləcə də hökumətin görə biləcəyi ən səmərəli tədbirlər kimi daha böyük rubl əsaslı istiqraz bazarının yaradılması kimi addımları ən müdrik ölçülər hesab edilir.

"Rusiya qlobal böhranların necə ciddi təhlükə olduğunu başa düşdükdə, bu tədbirləri sürətləndirdi",  Quriyev  “Reuters” agentliyinə bildirib. "2009-cu ildə səkkiz faiz azalma və 2015-ci ildə üç faiz azalma müşahidə olundu və bu, böyük bir neft şokuna qarşı çox fərqli bir reaksiyadır".

"İnkişaf etməkdə olan bazarlar üçün əsas dərs odur ki, öz ölkənizdə dərin maliyyə bazarı qurmalısınız", - Sergey Quriyev bildirib. "Əks təqdirdə, başqa ölkələrdə yaşanan problemlər üzündən xarici maliyyə böhranı ola bilər və siz də bundan təsirlənə bilərsiniz".

AYİB-nın məlumatına görə Türkiyə Rusiyadan fərqli olaraq, 2008-ci il maliyyə böhranından ən az öyrənən ölkə oldu. Maliyyə böhranı zaman bir çox ölkələr ucuz göründüyü üçün dollarla borclar aldılar. Türkiyə də bu ölkələrdən idi və dollar qalxdıqda öz reservlərinin bir çoxunu bu borcu ödəməyə istifadə etdilər.

"Türkiyə yüksək miqdarda dollar borcuna malikdir və Mərkəzi Bankın müstəqil qərar vermə qabiliyyətini itirib", Quriyev söyləyib, "Bu çox uğursuzdur, çünki bunun qarşısı alına bilərdi", - deyə əlavə edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...