İran və Türkiyə nümayəndələri görüşüb | Eurasia Diary - ednews.net

22 Sentyabr, Şənbə


İran və Türkiyə nümayəndələri görüşüb

Dünya A- A A+

Eurasia Diary "Mehr News"a istinadla xəbər verir ki, Nur Məhəmməd Torbatinecatın başçılıq etdiyi İran nümayəndə heyəti və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mustafa Şentopun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti İndoneziyada Bali şəhərində 2-ci Dünya Davamlı İnkişaf üzrə Parlament Forumu sonrası görüşüb.

Şentop bu görüşlərin regionun təhlükəsizlik əlaqələrinin gücləndirdiyini bildirib. Supergüclərin regionda mövcudluğu təhlükəsini artırır. Bu birinci olaraq İraqda başladı və Suriyada davam edir.

Təhlükənin əsas göstəricisi kimi Türkiyədəki 4 milyon Suriyalı və İraqlı qaçqını göstərmək olar.

Suverenlik və ərazi bütövlüyü prinsipinə hörmət edərək region dövlətləri sıx əməkdaşlıq etməlidirlər.

Terrorizm ölkələrin və bölgənin davamlı inkişafına maneə törədir." İran və Türkiyənin terrorla mübarizədə, xüsusilə də Suriyadakı əməkdaşlığı, iki ölkənin regional problemləri həll edə biləcəyini göstərdi", Torbatinecat söyləyib.

Forum 12-13 sentyabr tarixində İndoneziyada dünya parlamentlərinin millət vəkillərinin iştirakı ilə keçirilib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...