ABŞ iqtisadi sui-qəsdin arxasında durur - Ərdoğan | Eurasia Diary - ednews.net

22 Sentyabr, Şənbə


ABŞ iqtisadi sui-qəsdin arxasında durur - Ərdoğan

Dünya A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu ölkəsinə qarşı iqtisadi müharibə aparmaqda ittiham edib. Cümə günü Ankarada AK Partinin önündə çıxış edərək Türk lirəsının əməliyyatlarda iştirakını artırmağa çağırdı. Bu barədə Eurasia Diary "RT"ə istinadla bildirir.

"Ölkəmiz haqqında bir sıra mənfi bəyanatları bəhanə kimi istifadə edərək ABŞ tərəfindən Türkiyə iqtisadiyyatını hədəf alan ağır bir hücumla qarşı-qarşıyayıq", deyən Ərdoğan, milli valyutanın dollara qarşı çökməsini "iqtisadi sui-qəsd cəhdi" adlandırıb.

Son ildə Türk lirəsi dollara qarşı 40% ucuzlaşıb. Ərdoğan xalqı milli valyutaya güvənməyi və yığımlarda lirənin payını artırmağa səsləyib.

İki ölkə arasında münasibətlər 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanından sonra gərginləşib. Türkiyə ABŞ-ı çevriliş iştirakçılarını mühafizə etməkdə ittiham edir. ABŞ Türkiyəyə amerikalı keşiş Endryü Brunsonu həbs etdiyinə görə iqtisadi sanksiyalar ilə cəzalandırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...