Qırğızıstan Qazaxıstana nota verdi | Eurasia Diary - ednews.net

22 Sentyabr, Şənbə


Qırğızıstan Qazaxıstana nota verdi

Dünya A- A A+

Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstan tərəfinə Almatı aeroportunda Qırğızıstan vətəndaşlarının "alçaldıcı şəkildə yoxlanılması" ilə əlaqədar nota verib. 

Eurasia Diary oxu.az-a istinadən bildirir ki, bununla bağlı Qırğızıstanın xarici siyasət idarəsinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Qırğızıstan vətəndaşlarının şikayətləri və baş verən hadisələrlə əlaqədar əldə olunan faktlar əsasında Qazaxıstanın Bişkekdəki səfiri Kərim Kokrekbayev Qırğızıstan XİN-ə çağırılıb.

Qazaxıstan səlahiyyətli orqanlarının hərəkətləri ilə əlaqədar səfirə etiraz notası təqdim olunub.

XİN-dən bildirilib ki, nazirlik vəziyyəti nəzarətdə saxlayır və bu məsələ ilə bağlı Qazaxıstan tərəfi ilə işini davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...