ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı artıracağına zəmanət verməsinə baxmayaraq İrana edilən sanksiyalar bazar ertəsi neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu barədə Eurasia Diary "Reuters"ə istinadən xəbər verir.
ABŞ Enerji Naziri Rik Perri cümə günü “Reuters” ilə etdiyi müsahibədə, heç bir qiymət sürüşməsini gözləmədiyini və dünyanın ən əsas üç neft istehsalçısı arasında önümüzdəki 18 ayda qlobal istehsalı artıra biləcəyini söylədi.
Bu gün Brent markalı xam neftin qiyməti 50 sent qalxara 78.59 dollar olub.
Son aylarda isə İran neft istehsalı isə azalıb. Bunun səbələrindən biri əsas idxalçı olan ABŞ-ın təzyiqləri nəticəsində Hindistanın da marağını azalması olub.