Eurasia Diary “Presstv”ə istinadla xəbər verir ki, bir qrup naməlum Afinada İranın Səfirliyinə hücum edib. Hücumda kimsənin zərər görmədiyi bildirilib.
Hücumçular diplomatik polis köşklərinin şüşələrini qırıblar və səfirlik binasını zədələyiblər. Onlar səfirlik binasına şüşə və daş atıblar.
Afina polis insidentlə bağlı hələki heç kimi həbs etməyib.
Polislər açıqlayıblar ki, sentyabrın 17-də baş vermiş hadisədə 10 nəfər dəmir çubuqlarla səfirliyin gözləmə otağında pəncərəni sındırıblar və həyətə qırmızı boya atıblar.
Anarxist Rubikon qrupu internetdə yerləşdirilən bəyanatda hücumu "İran kürdləri" ilə birlikdə həyata keçirdiyini iddia edib.