Eurasia Diary "Reuters"ə istinadən xəbər verir ki, Şimali və Cənubi Koreyanın liderləri Kim Çen İn və Mun Cze İn Pxenyanda görüşüblər. On minlərlə Şimali Koreyalı iki ölkə liderlərini gül-çiçəklə qarşılayıb.
Pxenyan Beynəlxalq Hava Limanında Mun Cze İn-i fəxri qaravul dəstəsi qarşılayıb. Pxenyan küçələrində insanlar “Ana Vətən, Birlik!” şüarları ilə iki ölkə liderinin görüşünü hərarətlə alqışlayıb.
Rəsmi danışıqlar yerli vaxtla 15:30 və 17:00 arasında baş tutacaq.
Mun və Kim arasında 3-cü görüş Kim ilə Tramp arasında növbəti görüş üçün bir sınaq olacaq.
“Əgər hazırki danışıqlardan sonra Kim ilə Tramp görüşü baş tutarsa, bu daha effektiv nəticələr verəcək”, - deyə Mun səfərdən əvvəl söyləyib.