Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması ilə ölkəmiz Suriya məsələsində ən yüksək siyasi və humanitar qanunlara söykənən siyasəti izlədi.
Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik deyib.
“Ərdoğanın Tehranda bütün dünyanın gözləri qarşısında ortaya qoyduğu iradə və onu izləyən qərarlı mövqeyi nəticə verdi. Prezidentimizin apardığı humanitar diplomatiya Soçi zirvəsində müsbət sonuclandı, Türkiyə beynəlxalq vicdanın sözçüsü, məzlum suriyalıların səsinə qulaq verən yeganə ölkə oldu. Əldə olunan diplomatiyanın çətin yollarında mərhələ-mərhələ inşa edilən bir nəticədir. Tarixin çətin dövrlərində olduğu kimi, bir daha məzlumların ümidinin qərarlı bir siyasət xətti ilə dilə gətirilməsi Türkiyənin liderliyi sayəsində həyata keçdi”, - AKP sözçüsü bildirib.