Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin prezident iqamətgahında təkbətək və nümayəndə heyətlərilə birgə görüşlərindən sonra mətbuat konfransı təşkil edilib.
Baş nazir Ərdoğan özünə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
Rəcəb Tayyib Ərdoğan, bu il dördüncü dəfə Putinlə görüşdüklərini bildirərək, "Lazım olduqda fikirlərimizi tez-tez telefonla bölüşürük. Əməkdaşlığımız ortaq siyasi iradəmiz əsasında inkişaf edir, güclənir. İqtisadiyyat sahəsində müsbət nəticələr əldə edirik" söyləyib.
Rusiyaya vizasız səyahət
İki ölkə arasındakı ticarət həcmində artım gözlədiyini söyləyən Ərdoğan, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31% artımdan sonra bu ilin ilk yarısında 33% artımın baş verdiyini deyib. Putin ilə birgə təməlini qoyduğumuz boru xətti layihələri üzrə işlər davam edir. 2019-ci ildə Türkiyə və Rusiyada qarşılıqlı olaraq 'Mədəniyyət və Turizm ili ilə bağlı tədbirlər görüləcək. Buna dair hazırlıqlar davam edir", deyə o bildirib.
"Müxaliflər olduqları sahələrdə qalmağa davam edəcəklər"