Yaxın gələcəkdə Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Baş prokuror Artur Davtyan istefaya göndəriləcək.
Euasia Diary axar.az-a istinadən xəbər verir ki, “İrates” qəzeti həmçinin Təhsil naziri Araik Arutyunyanın da istefaya göndəriləcəyini bildirib. İstefaya əsas səbəb kimi bu şəxslərin fəaliyyətləri dövründə böyük səhvlərə yol verməsi və bunun Paşinyan hökumətinin imicinə təsir etməsi göstərilir.
Qeyd edək ki, Sasun Xaçatryan Rusiyanın Ermənistanda istefaya göndərilməsini istədiyi şəxsdir. Buna səbəb Xaçatryanın qardaşının Soros Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri vəzifəsini icra etməsidir.
Artur Davtyana gəldikdə, o, baş prokuror vəzifəsini 2016-cı ildən icra edir. İnqilab baş verdikdən Davtyan baş prokuror vəzifəsinin hökumətdən asılı olmadığını əsas göstərib və istefa verməyib.