Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanma ordusu (Tatmadaw) və fanatik buddistlərin, BMT-nin soyqırıma dair müqaviləsində təsbit olunan 5 cinayətin dördünün Arakan müsəlmanlarınaa qarşı törədildiyini bildirib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, açıqlamada deyilir: "Myanma Silahlı Qüvvələri (Tatmadaw) Arakan, Qaçin və Şan əyalətində insan hüquqlarının və beynəlxalq cinayətlərin kobud şəkildə pozmuşlar. İnsanlığa qarşı müharibələrə və müharibə cinayətləri ilə bağlı aparılan araşdırmaya görə, baş qərargah rəisi Min Aung Hlaing və yüksək çinli komandirlər üçün etibar ediləcək bir beynəlxalq məhkəmə orqanı tərəfindən istintaq işi başladılmalı və bu insanlar cəzalanmalıdır".