Türkiyə Rusiya ilə danışıqlardan sonra Suriyanın İdlib bölgəsinə qoşunlarını cəmləşdirəcək. Bu barədə Eurasia Diary "Reuters"a istinadla xəbər verir.
Razılaşma Bəşər Əsədin ən güclü müttəfiqi Rusiya ilə Türkiyə arasında bazar ertəsi əldə olunub. Razılaşmaya əsasən gələn ayın ortasına kimi radikal üsyançılar regiondan geri çəkilməli və hərbsizləşdirilmiş bufer zona yaradılmalıdır.
Dəməşq bu razılaşmadan məmnunluğunu ifadə edib, həmçinin Suriyanın hər bir qarışının birləşdirəcəyini bəyan edib. Əsədin digər müttəfiqi olan İran ölkədə müharibənin sonlanacağını və bu razılaşmanı “məsuliyyət diplomatiyası” adlandırıb.
İdlib və Hələbin şimalı üsyançıların son dayaq nöqtəsi hesab olunur. Əsəd hərbi müdaxilələr ilə üsyançıların bir çox torpaqlarında nəzarəti bərpa edib.