Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn birgə bəyanat imzalayıblar. Eurasia Diary Yonhap agentliyi-ə istinadən verdiyi xəbərə görə, mərasim canlı yayımlanıb.
Müqavilənin detalları barədə dərhal məlumat verilməyib. Daha sonra mətbuat konfransında Cənubi Koreya prezidenti Pxenyan və Seulun xüsusilə yarımadada nüvə silahlarından imtinaya dair razılaşdıqlarını söyləyib.