Eurasia Diary "Aljazeera"ya istinadla xəbər verir ki, Argentinanın sabiq prezidenti Kristina Fernandez de Kirçner rüşvətxorluqda ittiham olunub.
Onun administrasiyasının şirkətlərdən ictimai müqavilə əvəzində rüşvət aldığı iddia olunur. Kirçner bazar ertəsi məsuliyyətə cəlb olunsa da azadlığa buraxılmışdı.
Hakim Kirçnerin həbsini tələb edir. O, iddia edir ki, əgər Kirçner azadlıqda olsa məhkəmə proseslərinə müdaxilələr edə bilər.
Kirçner öz “Twitter” hesabında bu ittihamların ona qarşı hazırkı prezident Maurisio Makri tərəfindən hazırlanmış kampaniya olduğunu iddia edib.