Polşa prezidenti Andrey Duda televiziya müsahibəsində ABŞ prezidentinin “Nord Stream-2” layihəsinin həyata keçməsini dayandıra bilməsi ilə bağlı fikir səsləndirib. “Qərar ABŞ prezidentinin əlindədir ”, - deyə Duda söyləyib.
ABŞ prezidenti ilə görüşdən sonra o, söyləyib ki, “Nord Stream-2” layihəsi iri miqyasda Rusiya qazının Avropaya daxil olmasını təmin edəcək ki, bu da ABŞ maraqlarına ziddir.