ABŞ Müdafiə Naziri Ceyms Mettis istefa edəcəyi ilə bağlı şayələri rədd edib.
Eurasia Diary xəbər verir ki, "Mən bunları ciddiyə almazdım", Pentaqonun rəhbəri deyib. - Buna yumorla yanaşın".
Belə bir şayənin yaranmasının səbəbi Mettis ilə ABŞ prezidenti Donald Tramp arasındakı fikir ayrılığı olub. Belə ki, jurnalistin və "Qorxu. Tramp Ağ Evdə" kitabının müəllifi Robert Vudvordun məlumatına görə, Pentaqon rəhbərinin Amerika lideri barədə mənfi fikir bildirməsi səbəb olmuşdu.