İrəvan Dövlət Teatr və Kinomatoqrafiya Universitetinin tələbələri rektorlarının istefasını tələb ediblər. Bu barədə Eurasia Diary "Armenpress"ə istinadən xəbər verir.
Tələbələr rektor sənədlərin saxtalaşdırılması və fondun pullarının mənimsənilməsinə görə ittiham edir.
Lakin, universitetin rektoru Davit Muradyan ittihamları rədd edir. O dünən 50 tələbə ilə görüşərək onların suallarına cavab verdiyini bəyan etdi.
“Hesab edirəm ki, ittihamlar təhqiqatların nəticələrindən sonra irəli sürülməlidir. Polisin fikirləri məni günahlandırmağa əsas vermir ”.
Onun sözlərinə görə prorektorlardan biri istefa verib. Bir çox universitet işçiləri pulların mənimsənilməsində şübhəli bilinir.