Rusiyada rublun dollarla müqayisədə məzənnəsi 67 rubldan aşağı, 66,94 rubla qədər düşüb. Avroya münasibətdə də rus valyutasında artım olub - məzənnə 78,4 rubla düşüb.
Eurasia Diary RİA Novosti-ə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, nisbətən sabit neft və vergi dövrü rublun tərəfində durur. Bundan əlavə, qərbin sanksiyalarının təsiri azalır.