ABŞ prezidenti Donald Tramp Neft İxracatçıları Ölkələri Təşkilatını (OPEC) "inhisarçı" adlandıraraq, dərhal neftin qiymətlərini aşağı salmağa səsləyib.
Eurasia Diary xəbər verir ki, ABŞ prezidenti bu fikirlərini özünün "Twitter" səhifəsində qeyd edib.
"Biz Yaxın Şərq ölkələrini müdafiə edirik, onlar uzun müddət biz olmadan təhlükəsiz vəziyyətdə qala bilməzlər. Bunla belə yenə də qiymətləri artırmaqda davam edirlər. İnhisarçı OPEC neftin qiymtələrini dərhal aşağı salmalıdır", - deyə Tramp yazıb.
Qeyd edək ki, "Bloomberg"-in verdiyi məlumata görə Brent markalı neftin bareli 35 sent ucuzlaşaraq 79.05 dollar olub.