BMT-nin verdiyi “Gələcəyi oğurlanmış uşaqlar” adlı hesabat dünyanın bir çox yerlərində xüsusilə münaqişə zonalarında yaşayan təhsildən məhrum olmuş uşaqların vəziyyətini əhatə edir.
“Bir ölkə münaqişə və ya fəlakətlə üzləşəndə, daha çox əziyyət çəkən uşaqlar və gənc insanlar olur”, Henreitta Fore UNICEF-in icraçı direktoru söyləyib.
5-17 yaş arasında 303 milyon nəfər məktəbə getmək imkanından məhrumdur. Onların 1/3-ü münaqişəvə fəlakət zonalarında məskunlaşıb. İbtidai sinifə gedə bilməyən uşaqların isə yarısı fövqəladə vəziyyət olan regionlarda yaşayan uşaqlardır.
Qlobal olaraq isə kasıblıq təhsilizlik üçün əsas faktor sayılmaqda davam edir.
UNİCEF qeyd edir ki, humanitar yardımların 4%-i təhsilə ayırılb. 2030-cu ildə 10-19 yaş arası insanların sayı 8% artaraq 1.3 milyard olacaq.
“Əgər biz düzgün və təcili qərarlar qəbul etsək, o zaman uşaqlara üçün daha sabit və çiçəklənən cəmiyyət təqdim edə bilərik”, -deyə UNICEF rəhbəri söyləyib.
Mövzu ilə bağlı xəbər: Rihanna - Barbadosda böyüdüm amma çox şanslı idim