Cənubi Koreya lideri Mun Cze İn Şimali Koreya lideri Kim Çen İnin ABŞ Prezidenti Donald Trampla görüşünü tezləşdirmək istədiyini söyləyib. Görüşün əsas məqsədi isə bu ilin sonunda Koreya müharibəsini bitirməkdir. Bu barədə Eurasia Diary "Euronews"a istinadla xəbər verir.
Bundan əlavə olaraq, nüvə danışıqları da gürüşün keçirilmə səbəblərinə daxildir. Qeyd edək ki, Vaşinqton Şimali Koreyanın sanksiyaların ləğvi və müharibəni sonlandırmaq istəklərinin həyata keçməsindən əvvəl bütün nüvə raketlərini və bazalarını ləğv etməsini tələb edir.
Bütün bu məsələlərin həllində ABŞ-ın iştirakı mühümdür.