Böyük Britaniyadan olan cihadçılar Suriyada İdlibdə mübarizə aparırlar və bəziləri bir zamanlar Nusra cəbhəsi kimi tanınan Əl-Qaidə ilə əlaqəli Hayat Tahrir əl-Şam qrupu tərkibində döyüşürlər.
BBC illərlə Suriyada yaşayan və döyüşən iki İngilis ekstremisti ilə danışıb. Onlar heç kimə silah verməyəcəklərini söyləyirlər.
Bu onların inancına görə yanlış addım hesab olunur.
- "Əgər mən silahımı yerə qoysam, kim zəmanət verə bilər ki, Suriya rejimi insanları öldürməyəcək?", "Əlbəttə ki, zəmanət yoxdu, heç bir supergüc gəlib buranı xilas etməyəcək",- deyə cihadçılardan biri söyləyib.