İran Hərbi Hava qüvvələrinin komandiri - "Regionda İrana qarşı dura biləcək ölkə yoxdur" | Eurasia Diary - ednews.net

22 Oktyabr, Bazar ertəsi


İran Hərbi Hava qüvvələrinin komandiri - "Regionda İrana qarşı dura biləcək ölkə yoxdur"

Dünya A- A A+

Eurasia Diary “Mehr News”a istinadən xəbər verir ki, İran Hərbi Hava Qüvvələrinin rəis-müavini Əmir Həmid Vahidi regionda İrana hərbi cəhətdən qarşı dura biləcək ölkə olmadığını söyləyib

"Biz işğalçılara qarşı güclü müdafiə olunuruq və təcavüzkarları peşman edirik", deyə vurğulayıb.

İranda İslam İnqilabı qələbə çaldıqda İran Hava Qüvvələri bir çox sanksiyalarla üzləşdi. Sanksiyalar və təhdidlər bizi özmüzü təmin etməyə vadar etdi.

Bu məsələni nəzərə alaraq, İran İslam Respublikasının Ordu Hava Qüvvələri lazımi bütün hissələrin və avadanlıqların istehsalında 100% özünü təmin etməsinə nail olub.

Onun sözlərinə görə, bütün hərbi və texnoloji texnika yerli mühəndislər tərəfindən hazırlanıb və "bu baxımdan ölkə müstəqildir və bütün hərbi texnikanı özü hazırlaya bilər".

Yüksək hərbi və müdafiə gücü ilə İran İslam Respublikasının Hava Qüvvələri düşmənləri ölkəyə qarşı təhdidlərin qarşısını almağa hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...