Rusiya ABŞ-ı sanksiyalar tətbiq etməklə “atəşlə oynamaq”la xəbərdarlıq edib. Bu barədə Eurasia Diary "Vestnik Kavkaz"a istinadla xəbər verir.
"ABŞ-ın ölkəmizə qarşı yeni sanksiyaların tətbiq etməsini gözləyirik. Bu, bir növ milli əyləncə növünə çevrilib, çünki dünən 2011-ci ildən etibarən 60-cı sanksiyaya şahid olduq" xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Onlar öz qaydalarını Rusiyaya yeridə bilməyəcəklər", - deyə Ryabkov xarici işlər nazirliyinin saytında yerləşdirilən bəyanatda deyib.
"Alovla oynamaq axmaqlıqdır, çünki bu təhlükəli ola bilər", Ryabkov deyib.
ABŞ, dünən 33 rusiyalını sanksiya siyashısına əlavə edib, bunadn əlavə Çinə Rusiya hərbi məhsullarını aldığı təqdirdə yeni sanksiya paketi imzalayıb.