Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalı Es-Suudiyye (Səudiyyə Tv) ilk dəfə olaraq qadın aparıcı Viam əd-Dahil əsas xəbər bülletenini təqdim etdi.
əd-Dahil Beyrutda Livan Amerikan Universitetinin Mətbuat Şöbəsindən məzun oldu. Daha əvvəl Londonda fəaliyyət göstərən "Əl-Hayat" qəzeti və Qatarda fəaliyyət göstərən "Al Jazeera" televiziyası da daxil olmaqla tanınmış kütləvi informasiya vasitələrində çalışmışdır.