Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ-ın yeni sanksiyalarının haqsız rəqabət olduğunu və buna görə də dolların etibardan düşdüyünü bildirib. Bu barədə Eurasia Diary “Sputnik”ə istinadla xəbər verir.
Bosniya və Herseqovina Xarici İşlər Naziri İqor Krnadakla görüşdən sonra mətbuat konfransında çıxış edən Lavrov sanksiyalarla bağlı çıxış edib.
“Biz dollara olan inamın dramatik şəkildə azaldığını görürük. Beynəlxalq valyuta-maliyyə sisteminin prinsiplərinə olan inam ciddi şəkildə ziyan gördü və bu sistemdən müstəqil olmaq istəyən ölkələrin sayı artmağa başlayıb ", - deyə Lavrov söyləyib.