Yeni araşdırmalara görə, BMT ölkələrinin təxminən yarısı vaxtından əvvəl ölümə qarşı mübarizədə uğursuzluqla üzləşirlər. İnsanların bu tip ölümlərinə əsas səbəb müəyyən tip xəstəliklərdir. Belə ki, xərçəng, ürək-damar, ağ ciyər və diabet əsas başlıca xəstəliklərdir. Bu barədə Eurasia Diary "CNN"ə istinadla xəbər verir.
Dayanıqlı İnkişaf Məqsədləri proqramı 2015-ci ildə BMT-nin 193 ölkəsi tərəfindən imzalanıb. Proqram 17 məqsədi əsas götürür, misal üçün kasıblıq, aclıq və təhsil problemləri həll edilməsi vacib əsas problemlərdir.
Vaxtından əvvəl ölümün qarşısını almaqda qadınlar üçün 35 ölkə, kişilər üçün isə 30 ölkə uğurlu olub.
Hesabat göstərir ki, bu tip ölümlərin 80% sadaladığımız dörd xəstəlik səbəindən baş verib.