Qırmızı Xaç Komitəsi Liviyada döyüşlərin davamı, iqtisadiyyatın çökməsi və infrastrukturun dağılması səsəbi ilə vəziyyətin gərginləşməsi ilə bağlı həyəcan təbili çalıb. Bu barədə Eurasia Diary "Aljazeera"ya istinadla xəbər verir.
Qırmızı Xaç bu vəziyyətin yüz minlərlə əhalinin həyatını təhlükəyə qoyduğunu bildirib. Liviyada 7 illik müharibə nəticəsində 500 min insan öz yurdundan didərgin düşüb.
Ölkə iki yerə ayrılıb- beynəlxalq cəmiyyətin tanıdığı Milli Müqavimət Hökuməti və Nümayəndələr Palatası. Son aylarda ölkə daxilində insidentlərin sayının artması çoxlu sayda insan tələfatları ilə nəticələnib.
BMT Liviyaya Dəstək Missiyası “Twitter” hesabındakı paylaşımda silahlı qrupları atəşkəsə çağırıb.