Bu gün Pentaqonun Afrika Komandanlığı cümə günü Somaliyə aviazərbələr endirdilməsini təsdiqlədi.
Eurasia Diary Presstv-yə istinadən xəbər verir ki, zərbələr nəticəsində Əl-Qaida ilə əlaqəli olan əş-Şəbab qruplaşmasının 60-a yaxın üzvü məhv edilib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Somalidə ABŞ Hərbi Hava Qüvvələrinin bir hava zərbəsi nəticəsində 100-ə yaxın terrorçu məhv edilmişdi. Bu il ərzində ABŞ Somaliyə 27 aviazərbə endirib.
Afrikanın müxtəlif ölkələrində 7500 amerikan əsgəri mövcuddur.