Eurasia Diary xəbər verir ki, 20 oktyabrda Əfqanıstanda keçiriləcək parlament seçkilərində ölkə tarixində ilk dəfə bir fiziki qüsurlu qadın millət vəkili namizədləri arasında yer alıb.
Sabri Endər bu ilki parlament seçkilərində paytaxt Kabuldan namizədliyini irəli sürüb. O, hüquqşunas və fiziki qüsurlu bir xanımdır. Endər seçkiqabağı kampaniyasında daha çox əfqan əlil vətəndaşlara diqqət ayırıb.
Onun sözlərinə görə ölkədə bir milyondan çox əlil vətəndaş var və bu vətəndaşların dövlət qayğısına ehtiyacı var. Endər həmçinin qeyd edib ki, əgər millət vəkili seçilsə ilk olaraq əlillərin sosial müdafiəsinin maksimum səviyyədə təmin edilməsinə çalışacaq.