"ABŞ və Rusiyanın Ermənistana təzyiqləri artıb" - Sərkisyanın müavinindən etiraf | Eurasia Diary - ednews.net

17 Noyabr, Şənbə


"ABŞ və Rusiyanın Ermənistana təzyiqləri artıb" - Sərkisyanın müavinindən etiraf

Dünya A- A A+

Ermənistanın hakim Respublika Partiyası dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar verməyib.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə partiya sədrinin müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında bildirib.

Aşotyanın sözlərinə görə, Respublika Partiyası seçkilərdə iştirakla bağlı bir sıra seçimləri müzakirə edir:

“Bu məsələ ilə bağlı partiya daxilində fikir ayrılıqları və müxtəlif təkliflər var. Yekun qərar seçkilərlə bağlı müzakirələr ciddi mərhələyə yönələndə açıqlanacaq”.

Eyni zamanda, Armen Aşotyan Respublika Partiyasının seçkilərin dekabr ayında keçirilməsi məsələsini müzakirə etdiyini diqqətə çatdırıb: “Seçkilərin şəxsi maraqlar üçün belə tələsik keçirilməsi Ermənistanda demokratiyanı məhdudlaşdıracaq. Bu seçkilər ancaq baş nazirin şəxsi maraqlarının təmin edilməsinə xidmət edəcək, belə desək, Paşinyan seçkiləri özü üçün keçirir, Ermənistan üçün yox”.

Partiya rəsmisi ABŞ, Rusiya və region dövlətlərinin Ermənistana təzyiqlərinin artdığını iddia edib: “Daxildə baş verən son olaylardan sonra Ermənistana qarşı kənar təzyiqlər sərtləşib. Lakin baş nazir bunları nəzərə almır və bu təzyiqlər nədənsə onu narahat etmir. Buna baxmayaraq, təzyiqlər vasitəsilə seçkiləri keçirmək səylərini davam etdirir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...