Eurasia Diary xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moldovanın paytaxtı Kişinevdə Moldova Prezidenti İgor Dodon ilə görüşüb. iki lider birgə mətbuat konfransında iştirak edib.
Burada Dodon qeyd edib ki, "Türkiyə ilə 26 ildir diplomatik əlaqələrmizi günü-gündən inkişaf etdiririk. Bu 26 ildə iki dövlət arasında 60-dan çox müqavilə imzalanıb. Türkiyə bu 26 ildə Moldoviyanın inkişafında önəmli rol oynayıb".