Yunanıstanın Skai Tv kanalı ölkənin xarici işlər naziri Nikos Kotsiasın istefa verdiyini yayımlayıb.
Qeyd edək ki, hökumət tərəfindən informasiya verilməyib. Kotsias ilə müdafiə naziri arasında Makedoniya məsələsi ilə bağlı mübahisə olduğu bilinir.
Kotsias Makedoniyanın adının dəyişdirilməsi danışıqlarında Yunanıstanın əsas nümayəndəsi idi.
Bu məsələ ilə bağlı Kotsias ilə müdafiə naziri Panos Kammenos arasında mübahisə yaranıb. Kammenos isə bu razılaşmaya qarşı idi.