Kanada marixuana istifadəsini qanuniləşdirə bilər, lakin ölkənin icraedici orqanlarının rəhbərləri bunun cənub qonşuları tərəfindən heç də isti qarşılanmayacağı ilə bağlı hökuməti xəbərdar edirlər.
Eurasia Diary Aljazeera-ya istinadən xəbər verir ki, Kanada Sərhəd Xidməti ABŞ marixuananı leqallaşdırmayana qədər bu biznesi genişləndirmək üçün ölkəyə girmək istəyən hər kəsə mane olacaqlarını söyləyiblər.
Hətta ABŞ Səhiyyə Nazirliyi bu bitkinin tibbi vasitə üçün istəsə belə onun yayılmaması və yanlış istifadəsi ilə bağlı zəmanət verməlidir.
“Əgər Kanada vətəndaşı marixuana biznesi ilə heç bir əlaqəsi yoxdursa o zaman qəbul ediləcək. Əgər həmin vətəndaş ABŞ-da bu bizneslə marağı varsa, onda o ölkə sərhədlərinə buraxılmayacaq”, - deyə Kanada Sərhəd Xidmətinin rəsmisi Kristofer Perri söyləyib.
Marixuana qərarı Kanada-ABŞ sərhədlərində mal mübadiləsində müəyyən çətinliklər yaradacaq. Bundan əlavə, qeyd edək ki, marixuana biznesində yatırımları olan Kanada şirkətlərinin səhmləri ABŞ birjalarının siyahılarına daxildir.
Lakin, Kanadanın təklif sürdüyü planın bu məsələnin həllində uğurlu olacağına inanılır.