Ermənistanın sabiq prezidenti Robert Koçaryan yeni partiya yaradaraq müxalifətdə yer almaq niyyətindədir.
"Mən müxalifətdə boşluq görürəm və bu boşluq doldurulmalıdır", - deyə Koçaryan söyləyir.
Eurasia Diary Armenpress-ə istinadən xəbər verir ki, Koçaryan heç bir yüksək vəzifə iddiasında olmadığını bəyan edir. "Əgər mənim belə bir niyyətim olsaydı, onda mən 10 il siyasətdən uzaq yaşamazdım. Mənim xarakterim, yaşamım və keçmiş həyatımdan dolayı hazırki situasiya məni siyasətə qarışmağa vadar edir".
Koçaryan yeni partiya yaratmaqla seçkilərə qoşulmaq arzusundadır. O, partiyasına tanıdığı insanlardan əlavə yeni, gənc və energetik insanları dəvət etməyi düşünür.