Serj Sarqsyan məhkəməyə verilib | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə axşamı


Serj Sarqsyan məhkəməyə verilib

Dünya A- A A+

Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan ölkənin sabiq prezidenti və baş naziri Serj Sarqsyanı məhkəməyə verib.

Eurasia Diary “Report”a istinadən xəbər verir ki, sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı Prezident Serj Sarqsyanın sərəncamını qanunsuz sayır. 

O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub. 

Baş prokurorun keçmiş müavini ölkədəki korrupsiyaya qarşı olduğunu da müraciətində vurğulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...