Qaşıqçının son məqaləsi dərc edildi - “Ümid itib...” | Eurasia Diary - ednews.net

21 Noyabr, Çərşənbə


Qaşıqçının son məqaləsi dərc edildi - “Ümid itib...”

Dünya A- A A+

Amerikanın “Vaşinqton Post” qəzeti jurnalist Camal Qaşıqçının öldürülməsindən öncə yazdığı son məqaləni bu gün dərc edib.

Eurasia Diary xəbər verir ki, son məqalədə jurnalist ərəb dünyasındakı kütləvi informasiya vasitələrinin azadlığının aşağı səviyyədə olmasına və dövlətin xəbər yayımına təsirini sərtləşdirməsinə diqqət yetirib.

“Ərəb ölkələrinin hökumətləri artan sürətlə KİV-dəki problemlərini susdurmağa çalışırlar. Jurnalistlər bir zamanlar inanırdılar ki, internet xəbərləri çap jurnalistikasında olan senzuradan və nəzarətdən azad edəcək. Bu hökumətlər - hansı ki, mövcudluqları informasiyaya nəzarətdən asılıdır - aqressiv şəkildə interneti bloklayırlar. Ərəb dünyası öz versiyası olan dəmir pərdə ilə toqquşur. Bu isə onlara xarici subyektlər yox, hakimiyyət uğrunda mübarizə aparan daxili qüvvələr tərəfindən sırınıb.

Ərəb jurnalistlərinin çoxu öz həmkarlarının çoxsaylı həbsləri qarşılığında susmağı seçirlər, beynəlxalq ictimaiyyət tərəfindən isə mətbuat azadlığının qınanılması ilə bağlı aşağı səviyyəli iradlardan başqa heç bir reaksiya yoxdur. Misir hakimiyyəti tərəfindən “Əl Məsri Əl Yaum” qəzetinin bütün tirajının ələ keçirilməsi nə etiraz, nə də reaksiya yaratdı.

2011-ci ilin baharında ərəb dünyasında tam ümid var idi, amma gözləntilər özünü doğrultmadı. Cəmiyyət ya əvvəlki status-kvoya geri dönüb, ya da əvvəlkindən daha sərt şəraitlə toqquşub”, – deyə o bildirib.

Qeyd edək ki, “Vaşinqton Post”un redaktoru Karen Attiya bu məqaləni Qaşıqçının tərcüməçisi və köməkçisindən onun itməsindən bir gün sonra aldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...