Türkiyə Camal Qaşıqçı olayında Səudiyyə Ərəbistanına deyil, ABŞ-a qarşı etik üstünlük əldə etdi.
Eurasia Diary xəbər verir ki, bu sözləri Moşe Dayan Mərkəzinin Yaxın Şərq üzrə tədqiqatçısı Cenq Saqnik deyib.
Ankaranın təkbaşına Körfəzdə tarazlığı dəyişdirəcək gücdə olmadığını bildirən Saqnik bu səbəbdən əldə olan məlumatların dərhal ABŞ ilə sövdələşməyə təqdim edildiyini bildirib.
Saqnik Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın təzyiq altında olduğunu söyləyib:
"Türkiyənin mövqeyi Səudiyyə Ərəbistanı və ABŞ qarşısında əldə etdiyi əsas dəlillərə diqqət edənlər az deyil. Körfəzin kiçik ölkələri, Misir və İsrail Səudiyyə Ərəbistanına yaxındır. Eləcə də İsrail və Tramp rəhbərliyinin mövqeyi bir-birindən fərqlənmir".