Ermənistanda baş nazir seçkisi üçün ilk tur oktyabrın 24-də keçiriləcək.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin aparatı yayıb.
Qeyd edək ki, bundan öncə Paşinyan istefaya gedib. Nikol Paşinyanın istefasından sonra parlament iki dəfə baş nazir seçə bilməsə, 45 gün ərzində növbədənkənar parlament seçkisi keçiriləcək.