Ermənistanda Allahverdi rayonunda mis zavodunun bağlanması bir çox vətəndaşı işsiz qoyub. Buna etiraz olaraq işçilər yürüş keçirtməyə başlayıblar.
"Nümayişçilər zavodun bağlanmasına etiraz edirlər. Onlar zavoda gedən yolu bağlayıblar. Onlar işlərini itirdiklərinə görə şikayət edirlər", deyə şəhərdən Susan Lalayan bildirib.
Fəhlələr ölkə daxili yolu bir saata yaxın olar bağlayıblar. Zavodun bağlanma səbəbi isə hələ də aydın deyil. Zavod rəsmiləri vəziyyəti izah etmək üçün hələki imkana malik deyillər.