Meksikada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Eurasia Diary-nin məlumatına görə, Miçoakan ştatının Anqanqeo rayonunda sərnişinlə dolu avtobus yoldan kənara çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində 12 nəfər ölüb, 23 nəfər xəsarət alıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır.
İlkin ehtimala əsasən, hadisəyə səbəb əyləc sisteminin işləməməsi olub.