Bu gün Əfqanıstanda seçkilər keçirilir.
Eurasia Diary Sputniknews-a istinadla xəbər verir ki, 2010-cu ildən bəri ilk dəfə, bu gün Əfqanıstanda parlament seçkiləri keçiriləcək.
Parlamentin səlahiyyət müddəti 2015-ci ilin iyun ayında sona çatıb. Seçkilərin 2016-cı ildə keçiriləcəyi nəzərdə tutulsa da, ölkədə yaranan vəziyyətə görə bu vaxta qədər ertələnib və prezidentin fərmanı ilə səlahiyyət müddəti uzadılıb.Qeyd edək ki, 2 gün bundan əvvəl, Əfqanıstanın Kandahar əyalətində terror aktı törədilib.