İspaniya və Fransa hökuməti Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı ilə bağlı bəyanat verib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, İspaniya Xarici İşlər Nazirliyindən verilən bəyanatda BMT Baş katibi Antonio Quterreşin Qaşıqçı olayında adı keçən şəxslərin cəzalandırılması barədə çağırışına qoşulduqları bildirilib.
İspaniya rəhbərliyi həmçinin öldürülən Səudiyyə Ərəbistanı jurnalistinin ailəsinə və yaxınlarına başsağlığı verib.
Fransa Xarici İşlər naziri Jan İv Lö Drian da Qaşıqçının ölümü məsələsində diqqətli və ətraflı istintaq aparılmasına çağırıb.