Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı işə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq.
Eurasia Diary xəbər verir ki, bu barədə krallığın ədliyyə naziri şeyx Valid bin Məhəmməd əs-Samaani bildirib.
Nazirin sözlərinə görə, C.Qaşıqçı insidenti "krallığın suveren ərazisində" baş verib və jurnalistin öldürülməsi ilə bağlı işə "bütün zəruri prosedurların başa çatmasından sonra" səudiyyə məhkəməsində baxılacaq.
Bundan əlavə ədliyyə naziri jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı müstəqil araşdırma aparılacağına dair söz verib.