Tayvanda qatarın relsdən çıxması nəticəsində baş verən qəzanın qurbanlarının sayı 22-yə çatıb.
Eurasia Diary-nin KİV-lərə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 171 nəfər xəsarət alıb. Daha öncə 18 nəfərin öldüyü, 160 nəfərin yaralandığı bildirilirdi.
***
Tayvanda qatarın relsdən çıxması nəticəsində 18 nəfər ölüb.
Eurasia Diary "Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 160 nəfər yaralanıb.
Vaqonlarda qalan sərnişinlərin dəqiq sayı məlum deyil.
***
Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 17 nəfər ölüb.
Bunu Tayvanın mərkəzi xəbər agentliyi bildirib. Ehtimal olunur ki, daha 40 nəfər aşan vaqonlarda köməksiz vəziyyətdə qalıb.
Qeyd olunur ki, qatar Şulin yaşayış məntəqəsindən Tayduna gedirdi.