ABŞ-ın Ortamənzilli Nüvə Qüvvələri anlaşmasından çıxmaq cəhdləri silahsızlandırma siyasətini alt-üst edir.
Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin keçmiş lideri Mixail Qorbaçov deyib. O, Trampın bu anlaşma ilə bağlı açıqlamasını olduqca qəribə adlandırıb və bu addımın gözlənilməz nəticələr verə biləcəyi ilə xəbərdarlıq edib:
“Keçmişdə imzalanan silahsızlandırma anlaşmaları qətiyyən ləğv edilməməlidir. Bu razılaşmadan imtina etmək, xalq arasında deyildiyi kimi, “üstün ağlın məhsulu” sayılmamalıdır. Bunu anlamaq o qədər çətindir?!”
Qeyd edək ki, razılaşma 1987-ci ildə 8 dekabrda SSRİ-nin keçmiş rəhbəri M.Qorbaçov və ABŞ sabiq prezidenti Ronald Reyqan tərəfindən imzalanmışdır.
Hazırki amerikalı lideri Donald Tramp isə ölkəsinin bu anlaşmadan çıxacağını bildirir.