Səudiyyə Ərəbistanına silah satışını müvəqqəti olaraq dayandıra bilərik.
Eurasia Diary xəbər verir ki, bu barədə Belçikanın ən böyük silah istehsalçısı "FN Herstal"ın yerləşdiyi Valon bölgəsinin sədri Villi Borsus məlumat yayıb.
“Əgər Qaşıqçı cinayəti ilə bağlı deyilənlər təsdiqini tapsa, Səudiyyə Ərəbistanına silah satışını qadağan etməyi düşünürük. AB Səudiyyədən ciddi və dərin istintaq aparmağı tələb edir. Biz bu tələbi dəstəkləyirik”, - Borsus bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı silah ixracı baxımından "FN Herstal"ın müştəri siyahısında 3-cü sıradadır.
Bundan öncə Almaniya kansleri Merkel Ər-Riyada silah ixracını dayandırdıqlarını açıqlayıb.